İran daha bir güneyli körpəyə adına görə şəhadətnamə vermədi

İranın Culfa şəhərinin Vətəndaş Qeydiyyatı İdarəsi Əlihan adı seçildiyi üçün güneyli ailənin körpəsinə doğum şəhadətnaməsi verməkdən imtina edib.

Sozcu.az xəbər verir ki, bu barədə uşağın atası “Balamın Adı” kampaniyasına bildirib.

O, uşağın adının sistemdə olmaması və türk-ərəb mənşəli olması səbəbilə idarənin əməkdaşlarının bu ada qarşı çıxdığını bildirib.

Valideynlər məhkəməyə müraciət etsələr də, 85 gün keçməsinə baxmayaraq, proses hələ başlamayıb. Körpə bu müddətdə sənədsiz qaldığından peyvənd və tibbi xidmətlərdən istifadə edə bilmir.

Share on Facebook