“Çiçək xəstəliyi çox axmaq bir xəstəlikdir. Bu xəstəlikdən minlərlə, milyonlarla adam qırılır. 1982-ci ildə dünyada çiçək xəstəliyini tamamilə ləğv etdilər. Amma onun yerinə yeni bir xəstəlik əmələ gəldi. Bu da SPİD (QİÇS) idi. Yer kürəsində ləğv olunsa da, Konqoda meşəlikdə 50 meymun yaşayırdı. Onları da Ümumdünya Səhiyyə Təşkilatı daim nəzarətdə saxlayırdı. Meymundan insana yoluxa bilərdi. İndi onu buraxıblar meymunlara, buna da meymunçiçəyi deyirlər. İnsanları qırmağa çalışırlar. Bu xəstəlik üzdə çopurluq əmələ gətirir, orqanları sıradan çıxarır. Çox vaxtı da ölümlə nəticələnir”.
Sozcu.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib.
O daha sonra bu xəstəliyə qarşı peyvəndlərdən danışıb:
“O vaxt SSRİ dövründə bu xəstəliyin peyvəndi var idi. Qolumuza iki cızıq xətt çəkirdilər, qol da qızarırdı. Buna yazılma deyilirdi. Bununla da heç kim çiçək xəstəliyinə tutulmurdu. Yaşlı adamları yox, cavanları bu xəstəlik qıracaq. Mən də bu xəstəliyə yazılmışam, tutsam da çox yüngül keçirəcəm”.
Rəşid Mahmudov bildirib ki, COP29 tədbirləri çərçivəsində daha diqqətli olmalıyıq. Çünki ölkəmizə dünyanın bir çox yerlərindən insanlar axın edəcək:
“Heç kim evindən çölə çıxmayacaq. Eynən koronavirus infeksiyasında olduğu kimi. Dərslər də, işlər də hamısı onlayn olacaq. Təxminən 12-15 gün iş olmayacaq. Karantin rejimi olacaq. Bu həm də qabaqcıl tədbirdir ki, yoluxmanın qarşısı alınacaq”.