İngiltərə millisinin heyətində itki baş verib.
Sozcu.az "The Atletic"ə istinadən xəbər verir ki, qapıçı Sem Constoun sıradan çıxıb. "Kristal Pelas"ın qolkiperi məşq zamanı dirsəyindən zədə alıb. O, ötən gün əməliyyat olunub.
31 yaşlı qolkiper mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. O, bu yay keçiriləcək Avropa çempionatında da iştirak etməyəcək.