İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş Türkiyənin milliyətçi İYİ Partiyasının sədri Meral Akşenerlə görüşəcək.
Bu barədə "HaberTürk" kanalı məlumat yayıb.
Yavaş və İmamoğlu onları namizəd olmağa çağıran Akşenerə namizəd ola bilməyəcəklərini izah edəcəklər. Onlar, həmçinin müxalifətin formalaşdırdığı "Altılı masa"nın dağılmamasına səy göstərəcəklər.
Görüşün İYİ Partiyasının qərargahında deyil, başqa məkanda keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiyası blokdan çıxdığını açıqlayıb. Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.