“Ötən il Birləşmiş Krallıqdan ümumi dəyəri 446 milyon AZN olan avtomobil (road vehicle) idxal etmişik. Millətimiz keçən il birdən-birə 446 milyon manatlıq avtomobil gətirib, özü də bu hələ 1 ölkədəndir, amma küçələrdə bu maşınlar elə də gözə dəymir”.
Sozcu.az-ın xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.
“Maraqlıdır, bu nə maşınlardır, onları kimlər və harada sürür?”, - İ.Məmmədov sual ünvanlayıb.