İlkay Gündoğan bu həftə "Barselona"dan ayrıla bilər

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan klubu tərk edə bilər. 

Sozcu.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Kataloniya təmsilçisi onu La Liqada qeydiyyatdan keçirə bilməsə, türkəsilli almaniyalı yarəmmüdafiəçinin müqaviləni birtərəfli qaydada ləğv etməsi mümkündür. Bununla bağlı onun müqaviləsində bənd yer alıb.

Futbolçu bu həftə "Barselona"nın heyətində heç bir rəsmi oyun keçirmədən klubu tərk edə bilər.

Xatırladaq ki, Gündoğan bu yay Kataloniya təmsilçisi ilə 2025-ci ilin yayına kimi müqavilə imzalayıb. Müqavilənin daha 1 mövsüm uzadılması variantı var.

Qeyd edək ki, "Barselona" La Liqada yeni mövsümün ilk oyununda avqustu 13-ü "Xetafe"nin qonağı olacaq.

Share on Facebook