İlk dəfə avrokuboklarda mübarizə aparacaqlar

“Brayton” növbəti mövsüm üçün avrokuboklara vəsiqəni təmin edib.

Sozcu.az xəbər verir ki, Roberto De Zerbinin komandası Premyer Liqanın 37-ci turunda səfərdə "Sauthempton"a qalib gəlib (3:1).

"Brayton" 36 oyundan sonra, sona 1 tur qalmış 61 xalla 6-cı yerdədir. 7-ci sırada "Aston Villa" (37 oyundan sonra 58 xal), 8-ci yerdə "Tottenhem" (37 oyundan sonra 57 xal) qərarlaşıb. Həmçinin, "Brayton"un hələ də 5-ci yerə yüksəlmək şansı var.  "Liverpul" 37 matçdan sonra 66 xalla 5-cidir.

Beləliklə, klub mütləq ya Avropa Liqasında, ya da Konfrans Liqasında çıxış edəcək.

Bu mövsümə qədər "Brayton" heç vaxt 9-cu yerdən yuxarı qalxmamışdı. Komanda 2017-ci ildən Premyer Liqada çıxış edir.

Share on Facebook