İki erməni hərbçi öldü

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin iki hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.

Sozcu.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, avqustun 27-də hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası alıblar.

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparıldığını bildirib.

Share on Facebook