Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları "iməcilik" adı altına məcburi əməyə cəlb edib.
Bununla bağlı bir qrup şəhər sakini şikayət göndərib.
Şikayətçilər iddia edir ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara "ümumşəhər iməciliyinin keçirilməsi" adı altında məcburi şəkildə küçələr təmizlətdirilib.
Məlumata görə, iməcliyə çıxan qadınlara Şirvan şəhər İcra Hakimiyyəti rəsmilərinin müşayəti ilə yol kənarlarındakı tullantılar və bordyurlar təmizlətdirilib, digər abadlıq işləri gördürülüb.
Sakinlərin sözlərinə görə, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi terxnika ilə görülməsi nəzərdə tutulan işləri qanunsuz şəkildə şəhərdə çalışan xanımlara gördürür.
Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən telefon zənglərimizə cavab verilməyib./Demokrat.az