Hüseyn Əsgərov 12 il 8 ay azadlıqdan məhrum edildi

"Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi il keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hüseyn Əsgərov 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hüseyn Əsgərovun həmin vəzifədə işləyərkən “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Share on Facebook