Vəkillər - Zibeydə Sadıqova, Elçin Sadıqov və hüquq müsafiəçisi Rüfət Səfərov Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb.
Sozcu.az xəbər verir ki, bu barədə Rüfət Səfərov məlumat yayıb.
“Görüşdə Azərbaycanda insan hüquqlarının mövcud vəziyyəti, repressiv mühit, siyasi yüklü inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının durumu, xüsusilə, Almaniyadan deportasiya edilən, sonradan saxta ittihamlar üzrə həbs olunan, bəzi hallarda işgəncəyə məruz qalan fəalların işləri, eləcə də Azərbaycan-Ermənistan münasibətləri, işğal altında olmuş ərazilərdə aparılan antiterror əməliyyatları, minalanmış ərazilərin xəritələrinin təhvil verilməməsi, hərbçilərin və mülki şəxslərin mina qurbanı olması və s. mövzular müzakirə obyekti oldu”, - R. Səfərov qeyd edib.
Hüquq müdafiəçisi həmçinin bildirib ki, görüşdə Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann və xarici işlər naziri Annalena Berboku müşayiət edən alman mediasının təmsilçiləri də iştirak edib.