"Hər ikimiz eyni dərəcədə korrupsiya ilə barışmazıq və Putinin başlıca düşmənləriyik..."

"Hazırda Gürcüstan rusiyalı oluqarxa məxsusdur və orta əsr feodalı tərəfindən idarə olunur..."

Saakaşvili Navalnını "tezliklə Rusiyadan qalacaq hissənin prezidenti" adlandırıb

Gürcü həbsxanasında  cəza çəkən Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvili hesab edir ki, onu Rusiya Federasiyasında koloniyada saxlanılan rusiyalı müxalifətçi Aleksey Navalnı ilə birləşdirən ümumi "iki məqam" var.

Sozcu.az xəbər verir ki, bu barədə Saakaşvili aprelin 15-də özünün "Facebook" səhifəsində yazıb.

"Mən tam əminəm ki, tezliklə Rusiyadan qalacaq hissənin gələcək prezidenti olacaq Aleksey Navalnı ilə məni iki məqam birləşdirir: biz ikimiz də eyni dərəcədə korrupsiya ilə barışmazıq və hər ikimiz Rusiya Federasiyasının prezidenti Vladimir Putinin başlıca düşmənləriyik", - Saakaşvili bəyan edib.

O, Aleksey Navalnıya "sağ qalmağı, azadlığa çıxmağı və arzuladığı məqsədə nail olmağı" arzu edib.

Xatırladaq ki, Mixail Saakaşvili 2004-2013-cü illərdə dalbadal iki müddətə Gürcüstanın prezidenti olub.

Prezident postundan getdikdən

sonra ölkəni tərk edib və Ukraynada işləyib. 

Gürcüstanda ona qarşı hakimiyyətdən sui-istifadə edilməsi və siyasi opponentlərinin təqib edilməsində şübhəli bilinərək bir neçə cinayət işi açılıb.

Hələ Gürcüstana qayıtmazdan öncə o, qiyabi olaraq altı il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Saakaşvilinin özü cinayət işlərinin siyasi motivlərlə bağlı olduğunu bəyan edir.

2021-ci il oktyabrın 1-də Saakaşvili məlumat verib ki, Gürcüstana qayıdıb. Elə həmin gün siyasətçi saxlanılaraq həbs edilib. 

Gürcüstan Prokurorluğu ona qarşı sərhəddi qanunsuz keçilməsi faktı üzrə daha bir cinayət işi açıb.

2023-cü il  martın 6-da Saakaşvili bəyan edib ki, o, Putinin tələbi ilə həbsxana cəzasına məhkum edilib.

O, hesab edir ki, onun Vahid Milli Hərəkat partiyası 2012-ci ildə Rusiyanın müdaxiləsi səbəbindən parlament seçkilərini uduzub və hakimiyyətini itirib.

Saakaşvilinin sözlərinə görə, ona qarşı ilk ittihamlar Odessa vilayəti administrasiyasının rəhbəri olanda və "orada Rusiyanın ekspansiyasını dayandıranda" irəli sürülüb.

Sabiq prezident bəyan edib ki, hazırda Gürcüstan "rusiyalı oliqarxa məxsusdur və orta əsr feodalı tərəfindən idarə edilir".

Share on Facebook