İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza zolağına gecə zərbələri zamanı HƏMAS-ın raket qüvvələrinin rəis müavininin və bu təşkilatın onlarla obyektinin məhv edildiyini bildirib.
Sozcu.az TASS-a istinadən xəbər verir ki, onlarla HƏMAS tərəfdarının öldürüldüyü də bildirilir.
Bundan əvvəl HƏMAS-ın Qəzza zolağında saxladığı girovların təsdiqlənmiş sayının 212-yə çatdığı açıqlanıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və 200-dən çox inası girov götürüb. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanıb və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi.