Suriya rejiminin bu qədər tez geri çəkilməsi bizi şoka saldı.
Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Suriyada müxalif general Əhməd Rahal deyib.
O bildirib ki, rejim İranın dəstəyi ilə ayaqda qalır:
“Bütün Hələbin Hizbullahın nəzarətində olduğunu bilirik və ümid edirik ki, bu əməliyyatlar genişlənərək Əl-Zəhra bölgəsinə doğru irəliləyəcək. Eyni zamanda, əməliyyatın Tel Rifat bölgəsində davam etməsini istəyirik. Çünki o dəhliz YPG qruplaşmasından xilas olunmalıdır. Fikirləşirik ki, Suriyada Əsəd rejimi və Hizbullahın sürətlə süqutu tez bir zamanda YPG-nin xüsusilə Mənbic və Tel Rifat, eyni zamanda ətraf bölgələrdə sürətlə dağılmasına mütləq təsir edəcək. Bundan sonra Suriyada müxalif qüvvələr rahat nəfəs ala bilər. Eyni zamanda Türkiyədəki miqrantlar da asan şəkildə evlərinə qayıda bilərlər”.