Oktyabrın 3-də Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyanyanla yanaşı, barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmiş terrorçu “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və külləri sovrulan separatçı-terrorçu rejimin keçmiş “parlament” sədri David İşxanyanın 1988-1992-ci illərdə, yəni I Qarabağ savaşı zamanı beynəlxalq terrorçu Monte Melkonyan və Xocalı canisi, Ermənistanın 3-cü terrorçu prezidenti Serjik Sərkisyanla işbirliyini təsdiqləyən foto-şəkil üzə çıxıb.
Moderator.az-ın araşdırmasından bəlli olub ki, həmin fotonu öz teleqram-kanalında Edqar Elbakyan ad-soyadlı erməni paylaşıb.
O, paylaşmaya şərhində xəstə erməni xislətinə uyğun aşağdakı çərənləmələri yazıb:
“Geriyə baxanda qarşımızda faciəli bir mənzərə açan xatirə şəkli...
Şəhidlik yeri və azad etdiyi vətəni düşmənin əlində olan Monte, müstəqil Ermənistanın sonuncu rəhbəri olmuş Serj və Bakıda düşmən əsarətində olan David yoldaş(Araşdırmamızdan bəlli oldu ki, bu məhz David İşxanyandır-S.L.)...
1988-ci ildə Artsax hərəkatı ilə doğulmuş Ermənistan yoxdur. Biz ən gec 10-15 ildən sonra nəslin həmin müddətdə hansı Ermənistanı qura biləcəyini biləcəyik.
Eposumuzda deyildiyi kimi, “ya vurarıq, ya gedərik”...
Bəhs edilən foto, çox güman ki, 1991, yaxud 1992-ci ildə çəkilib. Çünki tərcümeyi-halından bəlli olur ki, həmin vaxt (1992-1995-ci illərdə)D.İşxanyan Xocavənd ərazisindəki “Martuni” batalyonlarının birinə komandirlik edib. O dövrdə həmin əraziyə məhz Monte Melkonyan nəzarət edib...Serjik Sarkisyan isə o illər (1989-1993) separatçı rejimin “özünümüdafiə” qüvvələri komitəsinə(və ya “müdafiə komitəsi”) rəhbərlik edib...
Araşdırmamıza görə, sözügedən fotonu paylaşan Edqar Elbakyan, çox güman ki, 2019-cu ilin noyabrında bir qrup erməni jurnalistlə birlikdə Bakıda səfərdə olmuş, Qız qalasının önündə şəkil paylaşmış, Bakı və Gəncədə olduqlarından məmnunluğunu ifadə etbmiş "Artsax tv" nin əməkdaşı Edqar Elbakyandır...