İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə səbəb olan raket xarici ölkədən buraxılıb.
Sozcu.az xəbər verir ki, bu barədə "Əl Mayadin" məlumat yayıb.
Məlumata görə, Haniyə Bakı vaxtı ilə təxminən saat 03:30-da Tehranın şimalındakı xüsusi hərbi iqamətgahda hava zərbəsi nəticəsində öldürülüb.
“Nournyus”un (Nournews) verdiyi məlumata görə isə HƏMAS Siyasi Bürosunun rəhbəri "idarə olunan təyyarə mərmisi" ilə öldürülüb.