Hamı BRİKS-i tərk edir - Tramp

BRİKS ölkələrinə tətbiq edilən gömrük rüsumları artıq öz təsirini göstərib.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Dollarla bağlı çox güclü mövqeyim var, dollarla ticarət etmək istəyənlərin sayında istəməyənlərə nisbətən üstünlük var. BRİKS ölkələri “dollara hücum” siyasəti yürüdür. Dedim ki, kimsə BRİKS-də olmaq istəyirsə, bunun qəbahəti yoxdur, amma sizin ölkəyə qarşı tariflər tətbiq edəcəyik, hamı ordan getdi (BRİKS-dən - red.). Hamı BRİKS-i tərk edir”, - o bildirib.

Share on Facebook