Türkiyənin xarici işlər naziri Hakan Fidan nazirlik əməkdaşlarının 20 faizinin əcnəbilərlə evli olmasından narahatdır.
Sozcu.az xəbər verir ki, bu barədə Xarici siyasət analitiki Bərçin Yinanc məlumat verib.
Onun sözlərinə görə, Türkiyə departamentinin rəhbəri bildirib ki, əcnəbi ilə nikahda olan işçilər məsul vəzifələrə təyin edilməyəcək, subay işçilər isə başqa dövlətlərin vətəndaşları ilə ailə qura bilməyəcəklər.