Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün, avqustun 22-də İraqa səfərə gedəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, H.Fidan paytaxt Bağdad və Ərbildə bir sıra rəsmi görüşlər keçirəcək.
Səfər çərçivəsində İraqla ikitərəfli əməkdaşlıq, həmçinin regional məsələlər müzakirə olunacaq.
Üç gün davam edəcək səfər avqustun 24-də başa çatacaq.