Hacıqabulda kütləvi zəhərlənmə baş verib.
Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb.
Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Soltanəli Rövşən oğlu Məmmədli, 1987-ci il təvəllüdlü Fidan Rauf qızı Adıgözəlova, 1952-ci il təvəllüdlü Sidiqə Məmməd qızı Soltanova, 1994-cü il təvəllüdlü Pikəxanım Hafiz qızı Süleymanova, Nuranə Hüseyn qızı Süleymanova, 1973-cü il təvəllüdlü Afaq Soltanəli qızı Əliyeva, 2017-ci il təvəllüdlü Məhəmməd İlkin oğlu Süleymanovun halı pisləşib.
Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.