Gürcüstan Prezidenti Salome Zurabişvili Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin viza rejimini ləğv etməsinə dair qərarını qəbuledilməz adlandırıb.
Bu barədə Gürcüstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcək.