Güney Azərbaycanın milli aktivistləri Ayaz Seyfxah, Kamal Nuri, Bağır Hacızadə, Araz Aman və Tahir Nəqəvinin saxlanılmalarından 1 ay ötsə də onlara qarşı açılmış işlər qeyri-müəyyən vəziyyətdə qalır.
Bu barədə İranda insan haqları aktivistləri məcmusunun xəbər orqanı olan HRANA Xəbər Portalı məlumat yayıb.
Onların ailələri vasitəsi ilə məlumatlı olan şəxs HRANA xəbər portalına deyib:
“”bu vətəndaşlar 1 aydan artıqdır ki, işlərinə aydınlıq gətirilmədən Tehran şəhəri Evin Həbsxanasında həbsdədirlər.
Həmçinin onların müvəqqəti azad olunmaları da təmin olunmur”.
Xatırladaq ki, aktivistlərin nədə ittiham olunduqları barədə məlumat yoxdur.