Göyçayda 6 otaqlı ev yandı

Göyçay rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, Çaxırlı kəndində ümumi sahəsi 240 kvadratmetr (hər mərtəbəsi 120 kvadratmetr) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.

Share on Facebook