“Görmüşük də xalqın sevgisini... Bəsdirin!” - Nura əsəbləşdi

"Görmüşük də xalqın sədaqətini, sevgisini... Cavanlığında sevib bəyəndikləri məşhurların qocalıb acından öləndə, xəstələnəndə qapısını döyüb, qayğısını çəkiblər axı". 

Sozcu.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri feysbuk hesabında yazıb. Nura Suri müğənniləri tənqid edən adamlara sərt cavab verib: 

"Bəsdirin, pafoslu sözlərlə danışdınız. Bahar Lətifqızı, ya Hiss uşaq evində olanda xalq gedib yəqin onlara dəstək olub, müğənni edib. Özləri min əziyyətlə uğur qazandıqdan sonra sevmisiniz də onları da. Ay Allah, bu insanlara bir az ağıl, özümə 10-15 milyon dollar istəyirəm". 

28627a4fa624f0abd638c1b8874ee71e.jpg

Share on Facebook