Goranboyda evdən 30 min manatlıq oğurluq edib, evi yandıran şəxs tutuldu

Goranboyda bir il əvvəl evdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 26-da Goranboy rayonunun Xanqərvənd kəndindəki evlərin birindən 17.000 dollar, 550 avro pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda və həmin evi yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Share on Facebook