Gömrükdə nə baş verir? – Tələbələrin də təqaüdü verilmir

Dövlət Gömrük  Komitəsinin işçilərinin 3 aydan bəri gecikən əmək haqlarının ödənilməsi ilə bərabər Dövlət Gömrük Akademiyasının tələbələrinin də təqaüdləri verilməyib.

Sozcu.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya adıçəkilən akademiyada təhsil alan tələbələr deyib.

Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib.

“Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir”, – deyə tələbələr bildirib.

Share on Facebook