Girovlarımızı azad etmədən atəşkəs olmayacaq - Netanyahu

Girovlarımızı azad etmədən atəşkəs olmayacaq.

Sozcu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu ölkəsinin anklavda saxlanılan girovlar azad edilmədən Qəzza zolağında hər hansı atəşkəsə razı olmayacağını təsdiqləyib.

Qeyd edək ki, bir gün əvvəl televiziya ilə xalqa müraciətində Netanyahu vurğulamışdı ki, İsrail bu mövqeyini həm düşmənlərinə, həm də dostlarına çatdırır.

Share on Facebook