Son iki gün ərzində Gilan əyalətinin Rəşt, Fumən, Tonekabon və Ənzəli şəhərlərində 13 nəfər təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Sozcu.az xəbər verir ki, saxlanılanlardan 11-i qadın, ikisi isə kişidir.
ETTELAAT-ın yerli bölməsi bəyanat yayaraq məlumatı təsdiqləyib.
İddia olunub ki, saxlanılanlar 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarının ildönümü ilə bağlı yeni nümayişlər təşkil etməyə hazırlıqla məşğul olublar.