Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Aleksandr Sırski cəbhənin Kursk istiqamətində olub.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanın “Facebook” səhifəsində məlumat açıqlanıb.
“Mən Sumı və Kursk vilayətlərində fəaliyyət göstərən hərbi hissə və bölmələrdə çalışmışam, düşmənin təşəbbüsü ələ keçirmək cəhdlərinə baxmayaraq, vəziyyət bizim nəzarətimiz altındadır”, - deyən Baş Komandan "birbaşa briqada komandanlıq məntəqələrində" iş aparıb.
“Vəziyyətin qiymətləndirilməsini nəzərə alaraq, düşmənin hərəkətlərinin qarşısını almaq və ona maksimum itki vermək məqsədi daşıyan bir sıra qərarlar qəbul etdim. İşğalçıların canlı qüvvə və texnikada üstünlüyünə baxmayaraq, Ukrayna ordusunun bacarıq və peşəkarlığı Rusiya təcavüzkarının öz məqsədinə çatmasına imkan vermir”, - deyə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı bildirib.
Xatırladaq ki, Müharibənin Tədqiqi İnstitutunun ("ISW") yeni hesabatında Rusiya Federasiyasının Kursk vilayətində döyüşlərin davam etdiyi qeyd edilir. Rusiya və Ukrayna qoşunları bu yaxınlarda Kursk bölgəsində əsas hücum istiqamətində irəliləyib. Rusiya orada 50 minə yaxın əsgər cəmləyib.