Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sozcu.az xəbər verir ki, Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R.Cəfərov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.
Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.