"Dindirilmişəm, özü də çox detallı".
Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan müxalifəti 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclaslarında iştirak etməyə və dövlətə xəyanət işi çərçivəsində onu dindirməyə çağırıb.
“Xahiş edirəm, gəlib məni komissiyada dindirin”, - Ermənistan baş naziri deyib.