Gədəbəydə məmura "mükafat" verən şəxs həbs olundu

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adından "mükafat" verən Fəqani Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sozcu.az "Teleqraf"a istinadla xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutkalıq həbs qərarı verilib.

Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkədə Fəqani Hüseynov adlı şəxs "Milli Məclisin informasiya portalının direktoru", həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib.

Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkədə rezonans doğurub.

Share on Facebook