Gədəbəydə maşın aşdı, sürücü öldü

Gədəbəy rayon Düz Yurd kənd ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sozcu.az xəbər verir ki, Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Sezar Səfərov idarə etdiyi avtomobili aşırıb.

O, qəza nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook