Fransadan İsrailə mesaj: Bundan narahatıq!

Fransa İsrailin norveçli diplomatların akkreditasiyasını ləğv etməsindən narahat olduğunu ifadə edib.

Sozcu.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda həmçinin qeyd olunub ki, yalnız iki dövlətli həll israillilər və fələstinlilər üçün davamlı sülhü təmin edə bilər.

Qeyd edək ki, bir müddət əvvəl İsrail Təl-Əvivdə yerləşən və Fələstin administrasiyası ilə iş aparan 8 norveçli diplomatın akkreditasiyasını ləğv edib.

Share on Facebook