Fransada etirazçılar meriya binasını yandırdılar - Video

00:29

Fransanın paytaxtı Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyası davam edir.

Sozcu.az xəbər verir ki, nümayişlər zamanı 14 nəfər polis tərəfindən saxlanılıb.

"Etiraz aksiyası zamanı polis ümumilikdə 2000-dən çox yoxlama həyata keçirib. Bıçaq, pirotexnik vasitələr və fişənglər ələ keçirilib", - məlumatda qeyd olunub.

***

Fransada pensiya islahatı ilə bağlı qanun layihəsinin qəbuluna etiraz edən əhali Bordo şəhərinin meriya binasını yandırıb.

Bununla bağlı sosial şəbəkələrdə görüntü paylaşılıb.

***

Etirazların yatırılması zamanı azı 123 polis və jandarm zabiti yaralanıb, 80-dən çox nümayişçi saxlanılıb.

Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Share on Facebook