Rəsmi Paris "Avropa siyasi birliyi"nin iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşündə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ümid edir.
Bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna aprelin 28-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, danışıqlar prosesini genişləndirmək və inkişaf etdirmək lazımdır.