Bu gündən Almaniya və Fransa arasında sərhəd nəzarəti tətbiq ediləcək.
Sozcu.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi qərar verib.
Bildirilir ki, sərhəd nəzarəti Parisdə keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar tətbiq olunur. Qərar iyulun 20-dən sentyabrın sonuna qədər qüvvədə olacaq.
Oxşar sərhəd nəzarəti hava limanı sərnişinlərinə də şamil olunacaq.