FHN dəhşətli təyyarə qəzası ilə bağlı məlumat yaydı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.

Sozcu.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.

Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var.

Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb.

Qaynar xətt telefon nömrəsi: 8/7292/319099.

Share on Facebook