Fələstin uzun müddətdir haqq-ədalət axtarışında olan bir ölkədir.
Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İsraildə baş verən gərginliklə bağlı danışarkən deyib.
“Biz hər zaman Fələstin xalqının yanındayıq. Ümumiyyətlə, heç vaxt müharibə olmasını istəmirik. Demokratik standartlar çərçivəsində beynəlxalq təşkilatlar səylə göstərərək həm sülhü təmin etməlidir, həm də Fələstin xalqının hüquqlarını qorumalıdır”, - partiya sədri bildirib.