Fazil Mustafaya qarşı cinayətlə bağlı 4 nəfər tutulub, Bakının bir neçə istiqamətində polis postları quraşdırılıb

"Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir".

Sozcu.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Əlavə məlumat veriləcəkdir.

Share on Facebook