Millət vəkili Fazil Mustafaya bu gün evinin qarşısında avtomat silahla hücum edilməsi ilə bağlı ilginc iddialar irəli sürülüb.
Sozcu.az xəbər verir ki, Fazil Mustafaya məhz avtomat silahla hücum edilməsinin təsadüf olmadığı bildirilir.
Belə ki, avtomat silah 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı istifadə edilmişdi. Həm 4 mart 2023-cü ildə “Bravo” hipermarketin bankomat yerləşən giriş hissəsinə, həm də Fazil Mustafaya hücumda avtomatdan istifadə xüsusi məna kəsb edir.
Fazil Mustafaya hücum üçün 28 mart tarixinin seçilməsinin də təsadüf olmadığı iddia edilir. Belə ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 104-cü ildönümüdür. Məhz bu ildönüm zamanı edilən hücum da mesaj xarakteri daşıyır.
Sosial şəbəkələrdə hücumun arxasında İranın durduğu iddiası səslənməkdədir.axar