Gədəbəy rayonunun Moruxlu kəndində evdən ər və arvadın meyitləri aşkarlanıb.
Sozcu.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Oqtay Həsən oğlu Əliyev və 1962-ci il təvəllüdlü arvadı Məryəm İlyas qızı Məmmədovanın meyitləri 7 aprel saat 09:50 radələrində yaşadıqları evlərində aşkarlanıb.
Həmin vaxt evdən kəskin qaz iyi gəlib və yataq otağında qaz sobası işlək vəziyyətdə olub.
Oqtay Əliyevin meyitinin bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməyib.
Məryəm Məmmədovanın meyitinin bədən səthində isə yanıq sahəsi aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.