Qızılca və suçiçəyində kimlər neçə gün karantində qalmalıdır?
Sozcu.az xəbər verir ki, pediatr Tərlan Eyyubov bu barədə məlumat verib.
“Qızılca və suçiçəyində təkcə xəstə olan uşaqlar yox, xəstə ilə kontaktda olan sağlam və peyvənd olunmayan hər kəs 21 gün müddətində karantində olmalıdır.
Suçiçəyində səpki əmələ gələndən sonrakı 5-6 gündə, bədəndəki sonuncu suluq qartmaq bağlayana kimi digərləri üçün yoluxucu olurlar. Yalnız səpkilər qərtməq bağlayıbsa, yoluxuculuq itir.
Qızılcada isə səpkinin hələ çıxmamasından 4 gün əvvəldən və səpkilər çıxandan 4-5 gün sonra da ətrafdakılar üçün yoluxucu olurlar. Ondan sonra yoluxuculuq azalır. Ona görə də bu nüanslara fikir verməlisiz. Uşaq və onunla kontaktı olanlar 21 gündən sonra cəmiyyətə, dərsə,işə çıxa bilərlər”.medicina.az)