Tovuzda ev sahibini döyərək öldürməkdə təqsirləndirilən Aynaz Alıyeva və Elçin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsimə göndərilib.
Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclası avqustun 29-na təyin edilib.
Qeyd: Tovuz şəhər sakini, 1952-ci il təvəllüdlü İntizar Bağırovanın aprelin 30-da yaşadığı evdə aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub.
İlkin araşdırma zamanı evdə kirayə qalan 1990-cı il təvəllüdlü Aynaz Alıyevanın evdə yaranmış mübahisə zamanı ev sahibi İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxması, daha sonra isə taxta əşya ilə vurması nəticəsində 71 yaşlı qadının aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev şübhəli şəxs qismində tutulub.