Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov vəzifəsindən azad edilib.
Sozcu.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov əmr imzalayıb.
Buna səbəb Elşad Kərimovun fəaliyyətində nöqsanlara yol verməsi olub.