“Amma Ermənistan hakimiyyəti Rusiyadan sonsuzadək qorxmamalıdır...”
“Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verə bilmir və Ermənistan hakimiyyəti ölkənin təhlükəsizlik sistemini diversifikasiya etməyə çalışır”,
Sozcu.az xəbər verir ki, bunu politoloq Armen Vardanyan “Kavkazskiy uzel” nəşrinin müxbirinə Paşinyanın KTMT-nin Minsk sammitinə getməkdən imtina etməsini şərh edərkən söyləyib.
O, Ermənistan hakimiyyətinin KTMT-nin iclaslarında iştirakdan imtinasını “Rusiyaya qarşı demarş” adlandırıb və əlavə edib ki, Ermənistan Rusiya özünə birbaşa düşmən etməmək üçün qurumdan çıxmır.
“Ermənistan formal olaraq KTMT üzvlüyünü saxlayır, lakin iclasları boykot edir. Blokdan çıxmaq zaman məsələsidir. Və hələ ki, Ermənistan boykot variantını seçib ... Amma Ermənistan hakimiyyəti Rusiyadan sonsuzadək qorxmamalıdır”, - erməni politoloq belə hesab edir.
Vardanyan KTMT-nin iclasının boykot edilməsinin təmas xəttində, yəni Azərbaycan-Ermənistan sərhədində eskalasiyaya, gərginliyə səbəb olacağını da istisna etməyib.