Ermənistandan Putinə ÇAĞIRIŞ: Qonşularımızla aramıza girmə...

"Rusiya Federasiyasının prezidentinin medianı izləməsi mənə çox qəribə gəlir. Ancaq burada problem başqadır: hər hansı bir insanın ən dəhşətli xarakter xüsusiyyəti odur ki, o, hər zaman hər hansı bir hərəkətinə haqq qazandıra bilər".

Sozcu.az publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının deputatı Ovik Ağazaryan "Ermənistan xəbərləri" - NEWS.am- ın müxbiri ilə söhbətində Rusiya prezidenti Vladimir Putinin Praqada əldə olunmuş razılaşmalar barədə mətbuatdan öyrəndiyi bəyanatını şərh edərkən deyib.

"Ermənistanla Rusiya arasındakı münasibətləri Paşinyanla Putinin münasibətləri müəyyən etməməlidir, onları Rusiya Federasiyasının liderinin və ya Ermənistan Respublikasının rəhbərinin şəxsiyyətləri müəyyən etməməlidir, çünki bu, keçib gedən bir şeydir və hər iki ölkənin maraqları həmişə olmalıdır. Ona görə də Putinin qondarma bəraət hökmü qəbuledilməzdir. O, üçtərəfli sazişdə nəzərdə tutulanı etməli idi", - deyə Ağazaryan bildirib.

O bildirib ki, Putin Ermənistanın qonşuları ilə münasibətlərinə müdaxilə etməməlidir: "Təbii ki, Putin ermənilərin maraqlarını bizdən çox düşünə bilməz, ona görə də mən bir vətəndaş kimi ondan xahiş etməliyəm ki, bu atmosferdən öz xeyrinə istifadə etmək üçün bizimlə qonşu dövlətlərimiz arasına girməsin, belə tarixi bir dövrdə düşmənçilik mühiti yaratmasın. Biz bu regionda yaşayırıq, bizim qonşularımız var və biz beynəlxalq standartlara uyğun birgə yaşamağın yollarını tapmalıyıq", - deyə Ağazaryan bildirib.

O, Putinin "Ermənistan özü Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı" açıqlamasına belə münasibət bildirib: "Yəni bəyan etmək lazım deyildi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və Ermənistan qana bulaşmalıydı? Sözün həqiqi mənasında, siyasi mənasında, ərazi mənasında qan axırdı. Biz indi dövlətimizi gücləndirmək, sərhədlərimizi qorumaq haqqında düşünməliyik".

Share on Facebook