Ermənistan üçün Putinin həbsi qərarının icrası məcburiləşdi

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu Ermənistan üçün fevralın 1-dən - bu gündən qüvvəyə minir. 

Sozcu.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. 

Bununla İrəvan BCM-in tam hüquqlu üzvü olub. Artıq Ermənistan üçün Məhkəmənin Rusiya prezidenti Vladimir Putinin həbsi barədə qərarının icrası məcburidir. 

Qeyd edək ki, bununla bağlı uzun müddət gərgin müzakirələr aparılıb. 

Share on Facebook