“Əslində, biz Qarabağın muxtariyyətinə can atırıq, lakin Azərbaycan razı deyil, elə danışıqların bütün mahiyyəti budur”.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.
“Son günlərdə Nikol Paşinyanın ən diqqətçəkən ifadəsi belə oldu: “İlham Əliyev Qarabağa geniş muxtariyyət verməyə hazır deyil”.
“Paşinyan, faktiki bir il əvvəl Qarabağ məsələsində həddi aşağı salmağa məcbur olduğu fikrini ortaya qoydu.
O, etiraf etdi ki, onun ifadələri Qarabağın öz müqəddəratını təyinetmə və ya müstəqillik hüququ ideyası kimi deyil, Azərbaycanın tərkibindəki muxtariyyət kimi başa düşülməlidir.
Əslində, onlar Qarabağın muxtariyyətinə can atırlar, lakin Azərbaycan bununla razılaşmır. Danışıqların bütün mahiyyəti budur”, – deyə Abramyan bildirib.