Ermənistan BMT-yə müraciət edib.
Sozcu.az “Röyters”ə istinadən xəbər verir ki, rəsmi İrəvan insan hüquqları və təhlükəsizliyinə nəzarət etmək üçün BMT-nin missiyasını Qarabağda dərhal yerləşdirməyə çağırıb.
Ermənistanın bu çağırışı Rusiyada xüsusi qıcıq yaradacaq. Ümumiyyətlə, bölgədə BMT missiyasının olması arzuolunan deyil. Çünki Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində məsələ birdəfəlik həll edilib. Qarabağ ermənilərinin reinteqrasiyası üçünsə zaman lazımdır. Beynəlxalq qurumların bölgədə olması isə vəziyyəti ancaq və ancaq mürəkkəbləşdirə bilər.